Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın həbs-qətimkan müddəti daha iki ay uzadılıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Ermənistan mətbuatına sabiq nazirin vəkili Sergey Ovannisyan deyib.
O, bu qərarla bağlı apellyasiya şikayətinin veriləcəyini bildirib.
Qeyd edək ki, D.Tonoyan 2018-ci ilin sonunda 4,6 milyon dollar məbləğində yararsız raketlərin alınması ilə bağlı ittiham olunur.
David Tonoyan 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsindən sonra istefa vermişdi.