İstanbulda baş verən güclü qasırğa nəticəsində ölənlərin sayı artıb

A- A A+

İstanbulda baş verən güclü qasırğa nəticəsində ölənlərin sayı altıya çatıb, 38 nəfər xəsarət alıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, meydana gələn qasırğa və leysan yağışları səbəbindən İstanbul da daxil olmaqla 11 vilayətin təhsil müəssisələrində noyabrın 30-da bir günlük tətil elan edilib.

Güclü qasırğa səbəbindən İstanbulun hava limanlarına eniş edə bilməyən bir neçə təyyarə başqa vilayətlərə yönləndirilib.

Xatırladaq ki, ölkədə hökm sürən əlverişsiz hava şəraitinin noyabrın 30-u axşam saatlarınadək təsirli olacağı proqnozlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: