Qanda trombun yaranmasının əlamətlərini aşkar edən aparat yaradılıb

A- A A+

Avstraliya Milli Universitetinin (AMU) alimlərinin yaratdığı biooptik diaqnostik qurğu infarktın və insultun qarşısını almağa xidmət edəcək.

NUHÇIXAN yerli KİV-lərə istinadla xəbər verir ki, qurğu trombların əmələ gəlməsini aşkar edərək, insanlara gözlənilən təhlükə haqqında xəbərdarlıq edir. Xəstənin qanındakı trombositləri təhqiq edən qurğu onların insanın arteriya damarında trombun əmələ gəlməsi riski ilə qarşılaşdığı zaman verəcəyi reaksiyanı əks etdirən 3D xəritə yaradır.

Biooptik diaqnostika qurğusunun təqdimatında çıxış edən professor Stiv Li bildirib ki, yeni qurğu xəstənin qan nümunəsi əsasında dəqiq informasiyanın 3D xəritəsini yaradır ki, bu da çox baha başa gələn və uzun müddətli digər prosedurlardan xilas olmağa imkan verir.

Avstraliyalı alimlərin qənaətinə görə, yeni qurğu tibb sahəsində əsil inqilaba səbəb olacaq.

Hələlik yeni qurğunun yalnız AMU-nun klinikasında tətbiq edildiyi və iki ildən sonra xəstəxanalara veriləcəyi bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: