Rusiya Prezidenti Vladimir Putin dekabrın 23-də ənənəvi böyük mətbuat konfransı keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
O qeyd edib ki, bu il də mətbuat konfransı əyani formatda təşkil olunacaq. Lakin pandemiya səbəbindən salona buraxılacaq jurnalistlərin sayı 500 nəfərədək məhdudlaşdırılacaq.
Ənənəvi olaraq Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində keçirilən mətbuat konfransı bu il daha geniş “Manej” Ticarət-Sərgi Mərkəzində baş tutacaq. Tədbirdə iştirak edəcək jurnalistlər üç dəfə koronavirus testi verməli olacaqlar.