“Dubay Ekspo 2020” sərgisində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Günü münasibətilə tədbirlər keçirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, BƏƏ-nin elan olunmasının 50 illiyi münasibətilə keçirilən tədbirlərdə 191 ölkənin, o cümlədən Azərbaycanın pavilyonuna gələn ziyarətçilər iştirak edirlər. Axşam saatlarında Əl Vasl Palasda keçirilən təntənəli bayram tədbirində dünyanın müxtəlif ölkələrini təmsil edən incəsənət ustaları çıxış ediblər. Mərasimdən sonra atəşfəşanlıq olub.
BƏƏ-nin 50 illik yubileyi tədbirləri paytaxt Əbu-Dabi və ölkənin digər şəhərlərində təntənəli şəkildə qeyd olunub.