Türkiyə Ali Məşvərət Şurasının növbəti toplantısı olub

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının (AMŞ) növbəti toplantısı keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadla xəbər verir ki, AMŞ-nin budəfəki iclası Türkiyənin Paris İqlim Razılaşmasına qoşulması mövzusuna həsr olunub.

Toplantı ilə bağlı yayılmış açıqlamada diqqətə çatdırılır ki, Türkiyənin Avropa İttifaqının 2050 hədəflərini ehtiva edən “Avropa Yaşıl Konsensusu” ilə uyğunlaşma çərçivəsində elan etdiyi “Yaşıl Uzlaşma Fəaliyyət Planı” ilə bağlı danışıqlar gedir. Birləşmiş Millətlər Təşkilatının 26-cı İqlim Dəyişikliyi Konfransı (COP-26) 2053-cü il Milli Bəyannaməsi çərçivəsində “Yaşıl Uzlaşma Fəaliyyət Planı” 2018-ci ildən etibarən həyata keçirilməsi nəzərdə tutulan prinsiplər əsasında qiymətləndirmələr aparılır.

Açıqlamada, həmçinin iqlim dəyişikliyi ilə mücadilənin həyatın bütün sahələrinə təsir etdiyi vurğulanır və qeyd olunur ki, Türkiyə bu sahədə beynəlxalq ictimaiyyətlə əməkdaşlığı halında prosesin içində olmaqda davam edəcək və prosesi öz inkişaf hədəfləri ilə insan cəmiyyətinin həssaslığı arasında ortaq yol anlayışı ilə idarə edəcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: