Türkiyədə ağır terror aktının qarşısı alınıb - VİDEO

A- A A+

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda ağır terror aktının qarşısı alınıb.

NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə KİV-nə istinadla xəbər verir ki, Nusaybindəki Çevik Polis Alayında xidmət edən zabitlərdən birinin şəxsi avtomobilinin altına yerləşdirilmiş əldədüzəltmə bomba zərərsizləşdirilib. Bildirilir ki, bomba üzərindəki əl izləri götürülüb və digər sübutlarla birlikdə cinayətkarın axtarışına başlanılıb.

Bu barədə “CNN Türk” telekanalının yaydığı ən son məlumata görə, məqsəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Siirt şəhərində keçirilən mitinqdə terror aktı törətmək olub.

Qeyd edək ki, Mardin və Siirt qonşu vilayətlərdir. Ehtimala görə, avtomobilinin altına bomba yerləşdirilmiş zabit Siirtdəki mitinqin təhlükəsizliyinə təhkim olunmuş şəxslərdən biridir və terrorçular bundan məlumatlı olublar. Bombanın zərərsizləşdirilməsi böyük faciənin qarşısını alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: