Türkiyədə 4,9 bal gücündə zəlzələ olub

A- A A+

Türkiyədə zəlzələ baş verib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Van əyalətinin Tuşba rayonunda yerli vaxtla saat 00:46-da, 4,9 maqnitudada qeydə alınıb.

Zəlzələ ocağı 7,62 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar bir sıra əyalətlərdə hiss olunub.  

Dağıntı və ya tələfat barədə məlumat yoxdur. 

Qeyd edək ki, bu, son günlər Van əyalətinin Tuşba rayonunda baş verən növbəti zəlzələdir. Noyabrın 28-də də 3,7 və 2,5 bal gücündə iki zəlzələ qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: