"İrəvan iqtisadi artımla bağlı yalan məlumatlar yayır"- Erməni deputat

A- A A+

Ermənistan müxalifətinin “Hayastan” (“Ermənistan”-red.) fraksiyasından olan deputatı Artur Xaçatryan ölkə rəhbərliyini yalan məlumatlar yaymaqda ittiham edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Xaçatryan parlamentdə keçirdiyi brifinq zamanı iqtisadi göstəricilərin hədsiz şişirdildiyini deyib

- Ermənistan rəhbərliyi iqtisadi artımla bağlı yalan vədlər verir və açıqlanan göstəricilərin reallıqla heç bir əlaqəsi yoxdur. Əgər biz hüquqi qüvvəyə malik olmayan, lakin hakim komandanın hər fürsətdə istinad etdiyi “Ermənistan-2050 Transformasiya Strategiyası”nı götürsək, bu strategiyada müəyyən edilmiş səviyyəyə çatmaq üçün illik artım 10,5% olmalıdır. Ancaq bu cəfəngiyyat dilə gətiriləndən sonra biz 7,5% iqtisadi tənəzzül yaşadıq. Bəli, bu il 6,5%, növbəti ildə 7% artım planlaşdırmışdıq. Birincisi, bu hədəflər real deyil, ikincisi də görürük ki, hətta onların proqnozları qeyd olunan strategiya çərçivəsində qarşıya qoyulan məqsədə gətirib çıxarmayacaq, - Xaçatryan bildirib.

Müxalifətçi deputat hesab edir ki, hakimiyyətin planları həddən artıq optimist səslənir və bu nikbinlik əsassızdır. Cəmiyyət isə əslində yalan vədlərlə qidalanır. Onun fikrincə, hakimiyyət bu cür vədlərdən xalqın narazılığının dərəcəsini azaltmağa və müharibədən sonrakı vəziyyəti “yeni imkanlar dövrü” kimi təqdim etməyə çalışır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: