Ermənistan parlamentində dava olub

A- A A+

Ermənistan parlamentində hakim “Vətəndaş razılaşması” fraksiyasının deputatları ilə qanunvericilik binasının dəhlizində “Ermənistan” fraksiyası deputatlarının köməkçiləri arasında əlbəyaxa dava düşüb.

NUHÇIXAN İnformasiya Agentliyi “Novosti Armeniya”ya istinadən xəbər verir ki, dava iştirakçıları bir-birini küçə sözləri ilə təhqir ediblər.

Müxalif “Ermənistan” fraksiyasından olan deputat İşxan Saqatelyanın köməkçisi jurnalistlərə bildirib ki, iş otağına gedərkən arxadan səs eşidib və davanı görüb.

Onun sözlərinə görə, hadisə parlament sədirinin müavini Ruben Rubinyanın kabinetinin qarşısında baş verib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: