Ermənistanda əsirlər siyahısına mülki vətəndaşın daxil edilməsi aşkarlanıb

A- A A+

Ermənistanın Hərbi Polisi hərbi əsir və itkin düşmüş şəxslərin siyahıları ilə manipulyasiya faktını aşkarlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Hərbi Polisə Müdafiə Nazirliyinin müxtəlif struktur bölmələrinin vəzifəli şəxsləri tərəfindən 2021-ci ilin yanvar ayında hərbi qulluqçu və ya könüllü olmayan vətəndaşın əsir və itkin düşmüş şəxslər siyahısına daxil edilməsi barədə faktlar daxil olub.

"Bu, ağır nəticələrə gətirib çıxardı, yəni hərbi qulluqçuların Sığorta Fondundan bu günə kimi 2 milyon 700 min dram vəsait köçürülüb", - məlumatda deyilir.

Faktla bağlı dekabrın 7-də Ermənistan Cinayət Məcəlləsinin 376-cı maddəsinin 3-cü bəndi (“Xidməti öhdəliklərdə səhlənkarlıq”) üzrə cinayət işi başlanıb.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: