Pfizer şirkəti: COVID-19-a qarşı buster vaksini omikron ştamından müdafiəni gücləndirir

A- A A+

Pzifer əczaçılıq şirkətinin rəhbərliyi bildirib ki, bu şirkətin COVID-19-a qarşı vaksinin effektivliyinin tədqiqatının nəticələrinə görə, buster dozası koronavirusun omikron variantından qorunmağı təmin edir.

NUHÇIXAN İnformasiya Agentliyi şirkətin bəyanatına istinadla xəbər verir ki, tədqiqatçıların sözlərinə görə, vaksinin üçüncü dozasını qəbul etmiş insanlarda neytrallaşdırıcı anticisimlərin səviyyəsi 25 dəfə artıb.

Şirkətdən bildiriblər ki, koronavirusun digər mutasiyalarına, məsələn delta ştamına qarşı ilk iki doza kimi omikron variantı da eyni sürətlə neytrallaşdırılır.

Araşdırma nəticəsində məlum olub ki, omikron variantına yoluxmanın qarşısını almaq üçün Pfizer vaksininin ilk iki dozası kifayət etməyə bilər.

Şirkətin idarə heyətinin sədri və baş icraçı direktoru Albert Burla deyib: “Vaksinin iki dozası omikron ştamının törətdiyi ağır xəstəlikdən müdafiə olunmağı təmin edə bilər, lakin ilkin məlumatlar göstərir ki, bizim vaksinin üçüncü dozası qorunmanı daha yaxşı təmin edir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: