İlon Maskın şirkəti gələn il insan beyninə ilk çip yerləşdirməyi planlaşdırır

A- A A+

İlon Mask bildirib ki, ona məxsus olan Neuralink şirkəti 2022-ci ildə insan beyninə bu şirkətin çiplərinin implantasiyasına başlamağı planlaşdırır.

NUHÇIXAN İnformasiya Agentliyi ABŞ KİV-lərinə istinadla xəbər verir ki, beyinlərinə çiplər yerləşdiriləcək ilk pasiyentlər onurğa beyni ağır zədələnmiş insanlar olacaq. Təsisçilərindən biri Mask olan Neuralink şirkəti tərəfindən yaradılan çiplər insanların beyninə bu orqanın aktivliyini qeydə almaq və stimulyasiya etmək üçün implantasiya olunacaq.

Çipin təbabətdə, məsələn, onurğa beyninin ciddi zədələrinin və nevroloji pozuntuların müalicəsi üçün tətbiq edilməsi nəzərdə tutulur. Mask “The Wall Street Journal” nəşrinin Direktorlar Şurasının sammitində birbaşa efirdə müsahibə zamanı şirkətin 2022-ci il üçün planları barədə sualın cavabında bildirib ki, Neuralink texnologiyası meymunlar üzərində sınaqdan keçirilib. Ekspertlər bu çipin təhlükəsiz və etibarlı olduğunu, habelə zəruri hallarda çipi təhlükəsiz çıxarmaq mümkün olduğunu təsdiq ediblər.

Neuralink şirkəti beynin interfeysi texnologiyasının yaradılması ilə məşğul olan yeganə şirkət deyil. Bu il iyul ayında 20 nəfər əməkdaşı olan Synchron biotexnologiya firması həmin çiplərin insanlar üzərində testlənməsinə başlamaq üçün Qida məhsullarının və dərman vasitələrinin keyfiyyətinə Sanitar Nəzarəti İdarəsinin razılığını alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: