Ukrayna prezidenti Putinlə danışıqlara hazır olduğunu bəyan edib

A- A A+

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Cozef Baydenlə telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Andrey Sibiqa bildirib.

“Bu gün, həmçinin Ukrayna prezidentinin Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğu açıqlanıb. Ukrayna tərəfi bu danışıqlara hazırdır, müvafiq mövqeyə malikdir və ümid edirik ki, o cümlədən tərəfdaşlarımızın dəstəyi ilə belə bir danışıq baş tutacaq”, - deyə o qeyd edib.

Bundan əvvəl V. Zelenski dəfələrlə Putinlə şəxsi görüş keçirməyə və Ukraynanın şərqindəki münaqişənin həllini müzakirə etməyə hazır olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: