Türkiyə Suriya ilə sərhəddə neft yatağı aşkar edib 

A- A A+

Türkiyə-Suriya sərhədində neft yatağı aşkar edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin milli neft şirkəti TPAO-nun “Twitter” səhifəsində dərc olunan məlumatda deyilir.

"Türkiyə-Suriya sərhədində yeni yataq aşkarlanıb. Mardin vilayətinin Nuseybin rayonundan 32 km şərqdə yerləşən Günyurdu-1 quyusunda kəşfiyyat işləri apararkən sıxlığı API cədvəli ilə 11,8 olan ağır neft yatağı aşkar etdik", - deyə məlumatda vurğulanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: