Erməni ictimai xadim: “Məlum olur ki, 17 noyabr qəhrəmanı mövqeni tərk edib qaçıb”

A- A A+

“Məlum olur ki, 17 noyabr qəhrəmanı mövqeni tərk edib qaçıb: xalqı eşşək yerinə qoymağa davam edirlər”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistanın “politik.am” saytının redaktoru Boris Murazi yazıb.

O, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Artsrun Hovhannisyanın noyabrın 17-də yazdığını sitat gətirərək qeyd edib: ““Sarkisyan Qurqen Aşot oğlu, əsir düşməmiş əsl, ləyaqətli erməni hərbçi”. Dekabrın 11-də İstintaq Komitəsi açıqlama yayır, orada deyilir ki, Qurqen Aşot oğlu Sarkisyanın da arasında olduğu 24 hərbi qulluqçu qaçıb və öz mövqeyini təhvil verib”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: