“Paris-2024” Olimpiya Oyunlarının açılış mərasimi ilə bağlı məlumatlar açıqlanıb

A- A A+

“Paris-2024” Olimpiya Oyunlarının açılış mərasimi ilə bağlı məlumatlar açıqlanıb. Sena çayının sahilində keçiriləcək mərasimdə 600 min insanın iştirakı gözlənilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Paris 2024” Olimpiya Oyunlarının Təşkilat Komitəsinin prezidenti Tony Estange fransız paytaxtında keçiriləcək açılış mərasiminin populyar və unikal olacağını bildirib. 2024-cü ilin iyul ayının 26-na planlaşdırılmış açılış mərasimində Senanın 6 kilometr boyunca iştirakçılar düzüləcək və bu, ilk dəfə stadiondan kənar, su üzərində baş tutacaq. Senada 10 min 500-dən çox idmançı və 160 qayıqdan ibarət parad keçiriləcəyi bildirilir. Mərasimin Sena sahilində keçirilməsində məqsəd onun hamıya əlçatan olmasıdır.

Açılış mərasiminin təhlükəsizliyi özəl şirkət tərəfindən təmin ediləcək. Bununla belə, açılış mərasiminin təhlükəsizliyi üçün 250 min polisin tələb olunduğu qeyd edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: