Roma şəhərinin “Expo 2030”a namizədliyi irəli sürülüb

A- A A+

İtaliyanın paytaxtı Romanın “Expo 2030” Ümumdünya Sərgisinə namizədliyi Beynəlxalq Sərgilər Bürosunun (BIE) Baş Assambleyası qarşısında təqdim olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təqdimat mərasimində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayo, Romanın meri Roberto Qualtieri, Namizədlik Komitəsinin prezidenti Giampiero Massolo və komitənin baş direktoru Cüzeppe Skoqnamiqlio iştirak ediblər.

R.Qualtieri deyib ki, məqsəd şəhərin bərpasını “Expo 2030”un əsas konsepsiyasına çevirməkdir.

Qeyd edək ki, Roma 1942-ci ildən bəri sərgini gözləyir. Ümumdünya Sərgisinin İtaliyanın Qurtuluşunun ildönümündə, 2030-cu il aprelin 25-də başlaması planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: