Türkiyə Sərdar Kılıçı Ermənistanla münasibətlərin normallaşdırılması prosesi üçün xüsusi nümayəndə təyin edib

A- A A+

Türkiyə Respublikası Ermənistanla münasibətlərin normallaşdırılması prosesi üçün təcrübəli diplomat, səfir Sərdar Kılıçı xüsusi nümayəndə təyin edib.

NUHÇIXAN İnformasiya Agentliyi Türkiyənin NTV kanalına istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərində səfərdə olarkən KİV-ə açıqlamasında bildirib.

Qeyd edək ki, Türkiyənin Vaşinqtondakı sabiq səfiri olan Sərdar Kılıç diplomatiya sahəsində böyük təcrübəyə malikdir.

Xatırladaq ki, dekabrın 13-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaxın zamanlarda münasibətlərin tənzimlənməsi üçün Ankara və İrəvanın xüsusi nümayəndələr təyin edəcəkləri, həmçinin Ermənistan paytaxtına çarter reyslərinin açılacağı barədə bəyanat verib.

Nazir bir daha vurğulayıb ki, bu istiqamətdə hər bir addım Azərbaycanla birgə atılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: