Türkiyədə ZAHA amfibiya zirehli transportyorları sınaqdan keçirilir

A- A A+

Türkiyədə ZAHA amfibiya zirehli transportyorunun sınaqları davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir öz rəsmi tviter səhifəsində qeyd edib ki, FNSS tərəfindən çətin iqlim şəraitində istismar üçün yaradılan zirehli transportyor həm quruda, həm də dənizdə sınaqdan keçirilir.

Döyüş maşını ballistik sınaqlar və minaların partlamasına davamlılıq sınaqları zamanı texniki tapşırıqda bəyan edilmiş xüsusiyyətləri təsdiqləyib.

Tırtıllı amfibiya desantı dəstəkləmək üçün sahil zolağında düşmən hədəflərinə atəş aça bilər. Texnikanın sürəti quruda 70 km/s, dənizdə isə - saatda 7 düyünə bərabərdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: