Ermənistan Baş Qərargah rəisinin müavini istefaya göndərilib

A- A A+

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan tutduğu vəzifədən azad edilib.

NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Armen Sarkisyan müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, S.Qalstyan oktyabrın 2-də həbs edilib. Ermənistan Milli Təhlükəsizlik Xidməti onun geniş miqyasda sui-istifadə və mənimsəmə iddiası ilə tutulduğunu bildirmişdi. Eyni ittihamlarla Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan və silah təchizatı şirkətinin rəhbəri, iş adamı David Qalstyan da həbsdədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: