İrəvanda etiraz aksiyası keçirilir

A- A A+

Ermənistanda etiraz aksiyası keçirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, paytaxt İrəvanda mitinq keçirən ermənilər hakimiyyət əleyhinə şüarlar səsləndirirlər.

Aksiya “Daşnaksütyun” funksioneri, vitse-spiker İşxan Saqatelyanın dünən gecə xalqa müraciətindən sonra planlaşdırılıb. Vətəndaşlar Saqatelyanın çağırışı ilə Ali Məhkəmə Şurasının binası qarşısına toplaşıblar.

Qeyd edək ki, Saqatelyan dünən gecə xalqa müraciət edərək ölkədə repressiyalara, siyasi təqiblərə və Azərbaycanla münasibətlərin normallaşdırılmasına etiraz edən vətəndaşları meydana dəvət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: