Türkiyənin əsasən şimal, şimal-qərb və şimal-şərq bölgələrində davam edən fasiləsiz yağıntı bir sıra problem yaradıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarın davamlı yağması və temperaturun aşağı düşməsi, ilk növbədə, nəqliyyatın hərəkətində çətinliklərə səbəb olub. Ən son məlumata görə, güclü qar Sivas bölgəsində 40 kəndlə nəqliyyat əlaqəsini tam şəkildə kəsib. Şimal bölgəsində magistrallar buz bağlayıb. Dekabrın 19-dan başlayaraq Ankara başda olmaqla, ölkənin böyük şəhərlərində də güclü qar yağacağı ehtimal edilir.