Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra ənənəvi olaraq Türkiyə xalqına müraciətində hökumətin qərarlarını açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə hökumətinin 2021-ci ilə aid sonuncu iclasında gündəlikdə duran əsas məsələ hökumətin yeni iqtisadi sistemə keçidi olub.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə xalqını əmin edib ki, görülən iqtisadi tədbirlər nəticəsində bir neçə ay ərzində inflyasiyanın qarşısı alınacaq. Dövlət başçısı deyib: “Bundan sonra heç bir vətəndaşımızın məzənnə (dollar) daha yüksək olacaq deyə əmanətlərini türk lirəsindən xarici valyutaya keçirməsinə ehtiyac qalmayacaq”.
Qeyd edək ki, son günlər ABŞ dollarının məzənnəsi Türkiyənin milli valyutası olan türk lirəsinə nisbətən artıb. Hökumət yaranmış vəziyyətlə bağlı qiymət artımının qarşısını almaq üçün sərt tədbirlər görür.