Rusiya, İran və Türkiyə 2022-ci ilin fevral-mart aylarında Tehranda zirvə görüşünün keçirilməsi barədə razılıq əldə edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu TASS agentliyinə açıqlamasında İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə baş müşaviri Əli Əsgər Xaci deyib.
O bildirib ki, görüşdə Suriya ilə bağlı vəziyyət müzakirə olunacaq. Üçtərəfli görüş koronavirus pandemiyasından asılı olaraq fevral və ya mart ayında keçirilə bilər.
İran rəsmisinin sözlərinə görə, prezidentlərin görüşündən əvvəl XİN rəhbərləri səviyyəsində görüşün keçirilməsi də planlaşdırılır.
Xatırladaq ki, Rusiya, İran və Türkiyə liderləri 2020-ci il iyulun 1-də virtual formatda keçirilən görüşdə Suriya məsələsini müzakirə etmiş və növbəti görüşün Tehranda keçirilməsi barədə razılığa gəlmişdi.