Buradan bir daha bəyan edirəm ki, növbədənkənar seçkilər keçirilməyəcək və nöqtə.
NUHÇIXAN İnformasiya Agentliyinin xəbərinə görə, bunu Türkiyə Prezidenti Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı bildirib.
Ərdoğan Türkiyədə prezident və parlament seçkilərinin qanunla müəyyən olunmuş vaxtda keçiriləcəyini vurğulayıb.
“Türkiyə hüquq dövlətidir. Hansı tarix müəyyən edilibsə, seçki həmin tarixdə keçiriləcək”, - Ərdoğan qeyd edib.