Türkiyədə bir ABŞ dolları 10 lirəyədək ucuzlaşıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, hazırda birjalarda dollar 10,2 lirə ətrafında alınıb-satılır.
Ötən günlə müqayisədə lirə dollara nisbətdə 15 faizə yaxın bahalaşıb.
Sonuncu dəfə Türkiyədə dollar noyabrın 18-də 10 lirə ətrafında olub.
Xatırladaq ki, son bir neçə həftə ərzində lirə kəskin ucuzlaşmaqda davam edirdi. Ötən həftə bir dollar 18 lirə həddini keçmişdi.
R.T.Ərdoğan öz çıxışında iqtisadi planları açıqladıqdan sonra lirənin qiyməti sabitləşməyə başlamışdı.