Türkiyə istehsalı olan koronavirusa qarşı "TURKOVAC" peyvəndinin ilk partiyası Ankara şəhəri Səhiyyə İdarəsinin anbarlarına daxil olub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, peyvəndin seriya istehsalı Şanlıurfanın cənub-şərqindəki sənaye zonasında davam edir.
150 min dozalıq vaksinin ilk partiyası paytaxtın Esenboğa hava limanı ərazisindəki dərmanların saxlanma anbarlarına çatdırılıb.
İnaktiv peyvənd 2-8 dərəcə temperaturda xüsusi qablarda daşınır.
Təkrar analiz və sınaqlardan sonra vaksinlər ölkənin vilayətləri üzrə paylanacaq. Prosesin gələn həftəyə qədər başa çatdırılması planlaşdırılır.