Hazırda Türkiyədə 56 hava limanı fəaliyyət göstərir. Gələn il istifadəyə veriləcək daha beş aeroportla ölkədəki hava limanlarının sayı 61-ə yüksələcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.
Nazir qeyd edib ki, son 19 ildə yalnız rəhbərlik etdiyi nazirlik tərəfindən qardaş ölkənin nəqliyyat və infrastruktur sahəsinə 1 trilyon 150 milyard türk lirəsi məbləğində sərmayə qoyulub. Bunun 80 faizi dövlət büdcəsindən qarşılanıb.