"Mercedes-Benz (China) Automotive Sales Co." şirkəti mümkün təhlükəsizlik problemlərinə görə Çin bazarından 156 avtomobili geri çağırır.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət Agentliyinin açıqlamasında deyilir.
Bu, 9 fevral – 2 iyun 2020-ci il tarixləri arasında istehsal olunan GLE SUV və GLS SUV modellərinin yeddi avtomobilinə aiddir. Onların nasaz oturacaqlarla təchiz olunması ehtimal edilir ki, bu da qəza zamanı sərnişinlərin xəsarət alma riskini artıra bilər.
Bundan əlavə, 2020-ci il avqustun 4-dən 27-dək istehsal olunmuş 149 CLS, E-Class, GLC SUV və S-Class avtomobilləri geri çağırılacaq. Bu avtomobillərin yan təsir sensorunun nasaz işləməsi ehtimal edilir.
Avtomobil istehsalçısı nasazlıqları pulsuz aradan qaldıracaq.