Gələn il yanvarın 1-dən etibarən Rusiyadakı əcnəbilər qanunsuz əmək fəaliyyətinə görə ölkədən çıxarıla bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əcnəbiləri qanunsuz işlə təmin edən işəgötürənlər 800 min rubladək cərimə olunacaq.
Dekabrın 31-də Rusiya Prezidentinin koronavirus pandemiyası ilə əlaqədar tətbiq etdiyi və əcnəbilərə hüquqi statusunu ölkədən çıxmadan həll etmək imkanı verən qaydanın müddəti başa çatır.
DİN Rusiyada işləmək hüququ olmayan əcnəbiləri dekabrın 31-dək daxili işlər orqanlarına müraciət etməyə çağırır. İşəgötürənlər əcnəbilərlə əmək müqaviləsini rəsmiləşdirib Rusiya DİN-in ərazi orqanlarına müraciət etməlidirlər.