Moskvada Rusiya və İran prezidentlərinin görüşü keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib ki, yüksək səviyyədə Rusiya-İran görüşünə hazırlıq gedir.
Məlumata görə, İran Prezidenti Seyid İbrahim Rəisi 2022-ci ilin əvvəlində Prezident Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər edəcək.