Ermənistan dünyanın ən bədbəxt 7 ölkəsindən biridir

A- A A+

Ermənistan dünyanın 7 ən bədbəxt ölkəsindən biridir.

NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu müstəqil araşdırma assosiasiyaları “Gallup International” və “Romir” tədqiqat holdinqinin keçirdikləri sorğunun məlumatları sübut edir.

“Romir” holdinqinin “Novosti-Armeniya” agentliyinə verdiyi məlumatda qeyd edilir ki, sorğu zamanı Ermənistan sakinlərinin 42%-i öz həyatlarından “nə razı, nə də narazı” olduğunu, 14%-i narazı olduğunu, 5%-i çox narazı olduğunu bildirib. Sorğunun nəticələrinə əsasən Ermənistan xoşbəxtlik indeksinin ən aşağı olduğu 10 ölkə sırasındadır. Rəyi soruşulan ermənilərin 30%-i öz həyatlarından razı, 9%-i isə çox razı olduqlarını qeyd ediblər.

Qeyd edək ki, xoşbəxtlik indeksi xoşbəxt və bədbəxt həyat arasındakı fərqdir. Dünyada həyatından razı və narazıların fərqindən ibarət olan “xoşbəxtlik indeksi” ən yüksək 5 ölkədən biri də Azərbaycandır.

Sorğunun nəticələrinə görə dünyanın 5 ən xoşbəxt ölkəsi ardıcıl olaraq Kolumbiya, Qazaxıstan, Albaniya, Malayziya, Azərbaycandır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: