Ermənistan itkilərinin yeni sayını açıqladı: "Bəzi cəsədlərin şəxsiyyətini təyin etmək mümkün olmayıb"
Ermənistanın İstintaq Komitəsi Qarabağda 44 günlük müharibə zamanı bu ölkə tərəfdən ölənlərin yeni sayını açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, 2021-ci il dekabrın 24-nə olan məlumata görə, müharibə zamanı Ermənistan tərəfdən 3808 nəfər ölüb.
Səhiyyə naziri Anait Avanesyanın sözlərinə görə, bəzi cəsədlərin şəxsiyyətini Ermənistanda təyin etmək mümkün olmayıb. Həmin cəsədlər DNT analizi üçün xarici ölkələrə göndərilir.
İstintaq Komitəsi bu günə qədər şəxsiyyətini müəyyən etmək mümkün olmayan cəsədlərin sayını açıqlamayıb və bunun istintaq sirri olduğunu qeyd edib.