İranda zəlzələ olub

A- A A+

İranın Yasuc şəhərində zəlzələ baş verib.

NUHÇIXAN xeber verir ki,bu gün yerli vaxtla saat 08:38-də baş verən yeraltı təkanlar şəhərin ətrafında da hiss olunub.

Zəlzələ nəticəsində ölkənin qərbində yerləşən Yasuc şəhərinin elektrik şəbəkəsi və rabitə infrastrukturunda problemlər yaranıb. İlkin dəyərləndirməyə görə, yeraltı təkanlar şəhər infrastrukturuna ciddi ziyan vurub.

Yerli mətbuatın yazdığına görə, zəlzələ nəticəsində 43 nəfər xəsarət alıb. Şəhərin ətrafında yerləşən Dena bölgəsində dağda uçqun baş verib.

Zəlzələ əhali arasında təşvişə səbəb olub, şəhər sakinləri küçəyə axışıblar.

Hazırda zəlzələnin fəsadlarının aradan qaldırılması, elektrik enerjisi verilməsinin bərpası istiqamətində işlər aparılır, xilasetmə əməliyyatı davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: