Azərbaycan postsovet məkanında əhali artımına görə öndə olan ölkələrdəndir

A- A A+

Azərbaycan postsovet məkanında əhalinin artımına görə öndə olan ölkələrdəndir.

NUHÇIXAN İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə Tacikistanın "ASİA Plus" portalı yazıb. Portal Dünya Bankının məlumatlarına istinadən qeyd edib ki, əhali artımı Azərbaycanda yüksəkdir (+ 40%).

Sovet İttifaqının dağılmasından sonra son 31 ildə ən böyük əhali artımı Tacikistanda qeydə alınıb. Belə ki, bu müddət ərzində Tacikistan əhalisi 76,6 % artıb.

Əhali artımı baxımından seçilən siyahıda ölkələr arasında yalnız Mərkəzi Asiyanın digər ölkələri də var: Özbəkistan (+ 63,4 %), Türkmənistan (+ 59,2 %) və Qırğızıstan (+47,7 %). Nəşr Qazaxıstanın (+14 %) da adını qeyd edib.

Ən aşağı doğum səviyyəsi Baltikyanı ölkələrdə qeydə alınıb: Latviya (-28,3%), Litva (-24,5%). Əhali artımının azlığı ilə seçilən ölkələr kimi Gürcüstan (-23,2 %), Ukrayna (- 20 %), Ermənistan (- 15,5 %), Estoniya (-14,7 %), Moldova (-12 %), Belarus (- 7,8%) və Rusiyanın (-2,9%) adları qeyd edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: