"Çox acınacaqlı və faciəli vəziyyətdir. Ermənistan təhlükəsizlik ümidini Rusiyaya bağlayıb. Oturub gözləyirlər ki, Rusiyadan hansı silahlar göndəriləcək". NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Pastinfo”nun efirində erməni hərbi ekspert Van Ambartsumyan bildirib.
O, vurğulayıb ki, ötən il Azərbaycan çoxlu sayda yeni silahlar alıb.
“Azərbaycan 18 ölkədən silah alıb. Qarabağda yeni hərbi bazalar açıb. Ermənistan isə Rusiyanın xeyriyyəçilik kimi öz silahlarından nə göndərəcəyini gözləyir.
Rusiya bəzən Ermənistana öz Silahlı Qüvvələrinə məxsus müxtəlif növ silahlar göndərir. Bu, kifayət deyil. Ermənistanla Azərbaycan arasında silah balansı pozulur. Hazırda snayperlərin orduda olması çox vacibdir. Erməni snayperləri Azərbaycan snayperlərindən geridədir. Azərbaycan Silahlı Qüvvələrinin snayperləri xüsusi texnologiyalardan istifadə edirlər".
Ekspertin sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyində ixtisarlardan başqa heç nə baş vermir:
“Silahları modernləşdirmirlər, heç nə etmirlər, oturub Moskvanın nə göndərəcəyini gözləyirlər".