2021-ci ildə Türkiyənin ixracı 225,36 milyard dollar təşkil edib ki, bu da ölkə üçün rekord göstərici olub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Əvvəlki illə müqayisədə 2021-ci ildə ixracın həcmi 32,9% artaraq 225,36 milyard dollar təşkil edib. Bu, rekord göstəricidir", deyə R.T.Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyənin xarici ticarəti 2002-ci ildəki 87,6 milyard dollardan 2021-ci ildə 496,7 milyard dollara yüksəlib. Türkiyənin xarici ticarət kəsiri əvvəlki illə müqayisədə 7,8% azalaraq 45,9 milyard dollara, ixracın idxala nisbəti isə 83,1%-ə yüksəlib. Türkiyənin Cənubi Amerikaya ixracı 86,6%, Aİ-dən kənar Avropa ölkələrinə 29 %, Yaxın və Orta Şərq ölkələrinə 22,6%, Şimali Afrika 44,8% artıb. Türkiyə ilk dəfə olaraq böhranları idarə edən, hətta onları fürsətə çevirən, onların təsiri altında əyilməyən bir ölkəyə çevrildi”, - Türkiyə Prezidenti bəyan edib.