Qara dənizin Türkiyə milli sektorunda yeni təbii yanar qaz yatağında kəşfiyyat-axtarış işlərinin aparılması gözlənilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz özünün tviter sosial şəbəkə hesabından paylaşım edib.
Videomaterialda məlumat verilir ki, Sakarya qaz yatağına qonşu ərazidə yeni bir sahədə kəşfiyyat aparmağa hazırlıq görülməkdədir. Ümid edilir ki, 2022-ci ildə oxşar bir şad xəbər bölüşülsün.
Qeyd edək ki, Türkiyə Qara dənizdəki milli sektorunda ümumilikdə 540 milyard kubmetr həcmə malik qaz aşkar edib. Bu yataqlarda istehsal ediləcək qazı 2023-cü ildə ölkə ərazisinə çatdırmaq nəzərdə tutulub.