BMT-nin Baş katibi Antonio Quterreş Rusiya, Çin, ABŞ, Böyük Britaniya və Fransanın nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı birgə bəyanatını alqışlayır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri təşkilatın rəsmisi Stefan Düjarrik açıqlamasında bildirib. O qeyd edib ki, Baş katib beş nüvə dövlətinin nüvə müharibəsinin, eləcə də silahlanma yarışının qarşısını almaq üçün birgə bəyanatını alqışlayır.
Qeyd edək ki, yanvarın 3-də nüvə silahına malik 5 ölkə - Çin, Rusiya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Fransa nüvə silahına malik dövlətlər arasında müharibənin qarşısının alınmasını və silahlanma yarışının dayandırılması haqqında birgə bəyanat yayıblar.