“Apple”ın səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu hərrac məlumatı əks etdirir.
Bakı vaxtı ilə saat 22:46-ya olan məlumata görə, “Apple” səhmlərinin qiyməti 2,92 % artaraq bir səhm üçün 182,73 ABŞ dolları təşkil edib. Bu rəqəm bir neçə dəqiqə əvvəl 182,88 dollara çatmışdı. Beləliklə, şirkətin kapitallaşması 3 trilyon ABŞ dollarını keçib.