ABŞ-da keçirilən ictimai rəy sorğusu ölkə vətəndaşlarının Amerika demokratiyasına olan etimadının səviyyəsini aydınlaşdırmaq məqsədi daşıyıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Merilend Universiteti ilə “Washington Post” qəzetinin birgə keçirdiyi sorğunun nəticələrinə görə, 2021-ci il yanvarın 6-da Kapitoliya yaxınlığında, həmçinin 2020-ci il Prezident seçkilərində baş verənlərə dair fikir ayrılıqları Amerika cəmiyyətini hələ də sarsıdır.
Sorğunun nəticələri barədə hesabata əsasən, rəyi soruşulanların 46 faizi ABŞ-da demokratiyanın fəaliyyətindən tamamilə narazı olduqlarını etiraf ediblər. Respondentlərin 54 faizi isə ölkədə demokratiyanın səviyyəsi ilə fəxr etdiklərini bildiriblər.