“Tesla” şirkəti ötən il 936 min 172 ədəd elektrik avtomobili satıb. Bu da 2020-ci illə müqayisədə 87 faiz çoxdur.
NUHÇIXAN İnformasiya Agentliyi İnterfaksa istinadla xəbər verir ki, bu indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Təkcə ötən ilin son rübündə müştərilərə 308 min 600 elektromobil təhvil verilib ki, bu da ümumi illik satışların 33 faizini təşkil edib.
Qeyd edək ki, “Tesla” və “SpaceX” kompaniyalarının qurucusu İlon Maskın varidatı 300 milyard dolları keçib. “Forbes” jurnalının “The World`s Real-Time Billionaires” reytinqinə əsasən İlon Maskın varidatı 22,6 milyard dollar (7,72 faiz) artıb və hazırda 315,2 milyard dollar həcmində qiymətləndirilir.
Sahibkarın sərvətinin əsas hissəsini “Tesla” kompaniyasının səhmlərinin 21 faizi təşkil edir. Kompaniyanın özünün kapitallaşması isə oktyabrın sonunda ilk dəfə trilyon dolları ötüb. İlon Mask, eyni zamanda 2002-ci ildə əsasını qoyduğu “SpaceX” kompaniyasında miniatür paya malikdir. Bu yaxınlarda investorlar onun dəyərini 74 milyon dollar həcmində qiymətləndirib.