Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.
Qazaxıstanın Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilib.
Hazırda Ə. Smailov baş nazirin birinci müavini vəzifəsini tutur. Əvvəlki hökumət ötən ilin yanvarında Milli Məclisə - respublika parlamentinin aşağı palatasına seçkilərdən sonra təsdiq edilib.
O zaman Əsgər Mamin yenidən Nazirlər Kabinetinin rəhbəri təyin edilmişdi. O, bu vəzifəni 2019-cu ilin fevral ayından tuturdu.