Yaponiyanın nəhəng “Toyota Motor” şirkəti ötən ilin nəticələrinə görə, tarixdə ilk dəfə ABŞ bazarında avtomobillərin satışında “General Motors” şirkətini qabaqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə yanvarın 5-də NHK telekanalı məlumat yayıb.
Şirkətin rəsmi hesabatına görə, “Toyota” şirkəti 2021-ci ildə 2,33 milyon avtomobil satıb ki, bu da əvvəlki illə müqayisədə 10 faiz çoxdur. “General Motors” şirkəti isə həmin dövrdə cəmi 2,2 milyon ədəd avtomobil satıb və bu, 2020-ci ilin göstəricisindən 13 faiz azdır. Buna səbəb kimi yarmkeçiricilərin çatışmaması nəticəsində zavodların işinin dayanması göstərilir.
“Toyota” şirkətinin də ABŞ-da çətinliklərlə qarşılaşdığı, lakin bunun satışa az təsir göstərdiyi qeyd edilir. Ötən il əsasən hibrid avtomobillərin satışında artım olduğu bildirilir. Belə ki, 2020-ci illə müqayisədə belə avtomobillərin satışında 73 faiz (583 min ədəd) artım qeydə alındığı vurğulanır.
Əlavə olaraq qeyd edək ki, “General Motors” şirkəti ABŞ bazarında avtomobillərin satışına görə 1931-ci ildən bəri şəriksiz lider idi.