Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gündən Milli Təhlükəsizlik Şurasının sədri səlahiyyətlərini icra edəcəyini bəyan edib.
NUHÇIXAN İnformasiya Agentliyi RİA “Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə bu gün xalqa müraciəti zamanı bildirib.
Qeyd edək ki, Kasım-Jomart Tokayev bu vəzifədə sabiq prezident Nursultan Nazarbayevi əvəz edib.
Xatırladaq ki, 4 il əvvəl N. Nazarbayev Prezident postundan istefa verdikdən sonra Milli Təhlükəsizlik Şurasına ömürlük sədr seçilmişdi.