Almatıda şəhərdə asayişin yaradılması üçün xüsusi antiterror əməliyyatı başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi yerli KİV-lərə istinadən xəbər verir ki, şəhər komendaturasının informasiya mərkəzindən bildirilib ki, iğtişaşların iştirakçıları şəhərə külli miqdarda ziyan vurub, asayişin bərpası və təhlükəsizliyin təmin edilməsi istiqamətində hüquq-mühafizə orqanlarının qanuni hərəkətlərinə müqavimət göstəriblər.
"Ekstremistlər şəhəri talan edir, biznesə ziyan vururlar. Üstəlik, onlar mülki əhalinin həyat və sağlamlığı üçün təhlükə yaradır, tibb işçilərinin işinə mane olur, klinika və xəstəxanalara ziyan vurur. Şəhərdə asayişin bərqərar edilməsi məqsədilə xüsusi antiterror əməliyyatı başlayıb", - deyə mərkəzdən bildiriblər.