Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beşiktaş”ı ölkə Superkubokunun qalibi olması münasibətilə təbrik edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dövlət başçısı bu barədə tviterdəki hesabında yazıb.
“TFF Turkcell Super Kubokunun 2021-in qalibi “Beşiktaş”ı və bütün “Beşiktaş” azarkeşlərini səmimi arzularımla təbrik edirəm”, - deyə dövlət başçısı sosial şəbəkədəki hesabında yazıb.
Öz növbəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop da tviter hesabında qalibi təbrik edib.
Qeyd edək ki, “Beşiktaş” Türkiyə Superkubokunun qalibi olub. Qətərdə keçirilən həlledici matç “Beşiktaş”ın “Antalyaspor” üzərində 4:2 hesablı qələbəsi ilə başa çatıb.