Qazaxıstanın bir necə hava limanı işini dayandırıb

A- A A+

Qazaxıstanın bir necə hava limanı ölkədə davam etməkdə olan iğtişaşlar fonunda fəaliyyətini dayandırıb.

NUHÇIXAN İnformasiya Agentliyi Qazaxıstan KİV-inə istinadla xəbər verir ki, cümə axşamı günündən etibarən Alma-Atı, Aktau, Aktobe şəhərlərinin aeroportları işləmir.

Qazaxıstanın hakimiyyət orqanları “terror təhlükəsini” neytrallaşdırmağa kömək göstərilməsi üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər üzvlərinə müraciət edib. Təşkilat respublikaya kollektiv sülhməramlı qüvvələr göndərilib. Artıq kontingentin Rusiya hissəsinin ön bölmələri qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: