Qazaxıstan fövqəladə vəziyyət rejimi ilə əlaqədar xarici vətəndaşların ölkəyə girişini dayandırıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Qazaxıstanın Özbəkistandakı səfirliyi bildirib.
Qeyd edək ki, ölkədə kütləvi iğtişaşlar fonunda fövqəladə vəziyyət rejimi tətbiq olunub, əsas hava limanları fəaliyyətini dayandırıb.